Rusiya sərhədçiləri 44 günlük müharibədən sonra şifahi razılıq əsasında qaldıqları Syunik, Qeğarkunik, Tavuş, Ararat, Vayots-Dzor məntəqələrini tərk edəcəklər.
Bu barədə “Mülki müqavilə” fraksiyasının sədri Hayk Koncoryan məlumat yayıb.
O həmçinin qeyd edib ki, Rusiya sərhədçilərinin Ermənistan ərazisindəki "Zvartnots" hava limanında artıq xidmət etməyəcəklərinə dair qərar qəbul olunub.