Rusiya və Ermənistan liderləri Vladimir Putin və Nikol Paşinyan Rusiya hərbçiləri və sərhədçilərini Ermənistanın bəzi rayonlarından çıxarmaq barədə razılığa gəliblər, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.
“Həqiqətən də şərtlərin dəyişməsinə görə Paşinyan və Putin bu məsələdə razılığa gəliblər”, - deyə o bildirib və Rusiya sərhədçilərinin İran və Türkiyə ilə sərhəddə qalacağına aydınlıq gətirib.
30 sentyabr 1992-ci il tarixli razılaşmaya əsasən, Rusiya FTX-nin sərhəd mühafizə idarəsi erməni tərəfdaşları ilə Türkiyə və İranla sərhəd mühafizə xidmətini həyata keçirir.