Baş nazir Nikol Paşinyan daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etdiyi halda, Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində niyə iştirak etmir?
Paşinyan mətbuat konfransı zamanı Türkiyə prezidentindən andiçmə mərasimində iştirak etmək üçün dəvət aldığını, həmçinin Ermənistan-Türkiyə gündəmini və onun spesifikliyini nəzərə alaraq, orada iştirak etdiyini, lakin Rusiya prezidentindən belə bir dəvətin olmadığını açıqlayıb.
“Görünür, mən Rusiya prezidentindən dəvət almamışam, amma dəvət alsaydım, bugünkü söhbət mənim üçün az əhəmiyyət kəsb etməzdi, çünki, təbii ki, biz çox vacib məsələləri müzakirə edirik.
Ümid edirəm ki, siz də eyni hissləri keçirirsiniz, çünki bunun əhəmiyyətsiz olduğunu düşünürsünüzsə, niyə suallarınızı verirsiniz? Bütün məsələlər vacibdir”, - deyə Paşinyan bildirib.