Noyabr ayına qədər sülh müqaviləsinin imzalanması ideyası ilə razıyam. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
“Ona görə də ictimai olan və danışıqlar platformalarında bütün razılaşdırılmış prinsiplər sülh sazişində qeyd edilməlidir. O prinsipləri qələmə vermək və imzalamaq lazımdır, mən bu məntiqlə razıyam. Ümid edirəm ki, bu irəliləyiş Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda planlaşdırılan görüşündə qeydə alınacaq”, - deyə baş nazir bildirib.