Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan mayın 8-də görüşəcək.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
“İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasının yubiley iclasını keçirəcək. Bundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş olacaq, həmçinin Putin MDB ölkələrinin liderləri üçün ənənəvi dostluq şam yeməyində iştirak edəcək”, - Uşakov qeyd edib.
O bildirib ki, tərəflər arasında müzakirə ediləcək çox məsələlər var.