Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.
Bu barədə Ermənistan Respublikası Hökuməti məlumat yayıb.
İki dövlətin ekspert qruplarının işi davam edir.