Vladimir Putinin Rusiya prezidenti vəzifəsində beşinci dəfə andiçmə mərasimi bu gün Böyük Kreml sarayında keçiriləcək.
Andiçmədən sonra Putin həmin vəzifədə 6 il – 7 may 2030-cu ilə və beşinci prezidentlik müddətinin başa çatmasına qədər işləmək hüququ qazanacaq.
Bu gün həm də 4 ildən artıq fəaliyyətdə olmuş Mixail Mişustinin başçılıq etdiyi Rusiya hökuməti istefaya gedəcək. İki gün sonra isə ölkənin yeni baş naziri elan olunacaq.