“Ötən illər ərzində Azərbaycan ilə Slovakiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm səylər göstərilib. Hüquqi baza genişlənib, iki ölkə arasında 11 sənəd imzalanıb”.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda deyib.
"Hazırda biz Azərbaycan Respublikası ilə Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni də nəzərdən keçiririk", - deyə M.Cabbarov əlavə edib.