Macarıstana rəsmi səfəri çərçivəsində mayın 6-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Macarıstanın baş nazirinin müavini Jolt Şeymen ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Həmsöhbətlər diplomatik münasibətlərin bərpasından sonra ikitərəfli gündəliyin inkişaf imkanları, o cümlədən regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
İki ölkənin müvafiq strukturları arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.
ER xarici işlər naziri və Macarıstanın baş nazirinin müavini Aİ platformasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Nazir Mirzoyan Ermənistanın Cənubi Qafqazda davamlı sülhə nail olmaq vizyonuna toxunaraq, Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesini təqdim edib.
Nazir Mirzoyan ER hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” proqramını və onun verdiyi imkanları da təqdim edib.