Mayın 6-da ER xarici işlər naziri Ararat Mirzoyan Macarıstanda rəsmi səfərdə olacaq. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Ararat Mirzoyan Macarıstanın yüksək vəzifəli rəsmiləri, o cümlədən xarici işlər naziri Peter Siyarto ilə görüşlər keçirəcək. Nazirlərin görüşündən sonra birgə mətbuat konfransı planlaşdırılır.