Rəsmi Ankara İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi 9,5 milyard dollar olub. Onun sözlərinə görə, buna baxmayaraq ölkə Qəzzada baş verənlərə görə Tel-Əvivlə ticarət əlaqələrini kəsmək qərarına gəlib.