Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə ABŞ Dövlət Departamentinin müşaviri Derek Şole arasında telefon danışığı olub.
“Mən ABŞ-ın keçmiş səfirinin 2020-2023-cü illərdə iki inqilab cəhdini dəstəkləməsindən və xarici mənbələrdən maliyyələşən QHT-lər vasitəsilə həyata keçirilən inqilab cəhdləri ilə əlaqədar səmimi narazılığımı bildirdim. Əgər bu cəhdlər uğurlu olsaydı, Gürcüstanda ikinci cəbhə xətti açılardı”, - Kobaxidze bildirib.
Onun sözlərinə görə, belə bir vəziyyətdə münasibətləri bərpa etmək üçün xüsusi səylər tələb olunur.
"Mən Nyu-Yorkda tələbə etirazının zorakılıqla dağıdılması ilə bağlı cənab Şola narahatlığı ifadə etməmişəm", - deyə Kobaxidze yekunlaşdırıb.