Azərbaycanda saxlanılan məhbusların qaytarılması və Dağlıq Qarabağın hərbi-siyasi rəhbərliyi ilə bağlı prokurorluq hansı işləri görür? “Şərəfim var” fraksiyasının deputatı Taquhi Tovmasyan ER baş prokuroru Anna Vardapetyanaya müraciət edərək, maraqlanıb.
Baş prokuror ilk növbədə Rusiya Federasiyası Baş Prokurorunun dəstəyi və vasitəçiliyi ilə Azərbaycanın Baş prokuroru ilə iki dəfə görüşdüyünü xatırladıb. Hələlik bu formatda başqa görüş keçirilməyib.
Vardapetyan həmçinin bəyan edib ki, beynəlxalq tərəfdaşlarla görüşlər zamanı problemlər qaldırılır və aydınlaşdırılır.
“Bir həftə əvvəl prokurorlar çox yüksək səviyyədə təmsil olunmuşdular. Mənim dəvətimlə Avropanın 11 ölkəsindən 30-a yaxın prokuror Ermənistana səfər edib. Əsasən baş prokurorların, baş prokurorun müavinlərinin bu problemlərdən xəbəri var”.