“Əgər bizi məhv etmək istəyirlərsə, o zaman biz bu istəyi cilovlamağı bacarmalıyıq”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində bildirib.
“Biz başa düşməliyik ki, biz bu istəyi dəyişə bilərik, ya yox. Yoxsa qoşunları qoyub Baden-Badendə dincəlməyə və ya təhsil almağa getməliyik? Bizi məhv etmək istəyini necə neytrallaşdıra bilərik? Legitimliklə. Biz beynəlxalq əlaqələrimizi legitimlik üzərində qurmalıyıq. Legitimlik - ən yaxşı zamin, ən yaxşı təminatçıdır.
Mən zəmanət verirəm ki, legitimlik pis zəmanətdən daha yaxşı təminatdır. Qonşularla münasibətləri tənzimləmək üçün legitimlik düsturu hətta yaxşı təminatdan daha yaxşı təminatdır.
Əgər siz öz legitimliyinizi kiminsə yaxşı təminatları ilə dəyişmək istəyirsinizsə, o zaman suverenliyinizdən və müstəqilliyinizdən imtina edirsiniz. Seçim buradadır. Biz seçirik: zəif beynəlxalq hüquq və ya həssas olmayan beynəlxalq hüquq? Biz bu düsturdan çıxmaq istəyirik, burada seçim forpost olub-olmamaq deyil”, - Paşinyan əlavə edib.
Paşinyan qeyd edib ki, Ermənistan hökuməti bəzən öz baxışlarını və yanaşmalarını dəyişdiyinə görə tənqid olunur. “Bəli, biz baxışlarımızı və yanaşmalarımızı dəyişirik, çünki birincisi, dünya dəyişir, ikincisi, reallığa çevrilmiş faktlar əsasında ideyalarımız dəyişir.
Paşinyan vurğulayıb ki, son nəticədə regionda xaricdən köməksiz və xarici himayəsiz yaşamaq formulunun qəbulu Ermənistanın maraqlarından və təhlükəsizliyindən irəli gəlir.