Mayın 2-də Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-ın ER-dəki fövqəladə və səlahiyyətli səfiri Kristina Kvinni qəbul edib.
“Görüş zamanı Ermənistan Respublikası ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın hazırkı kursu və inkişaf perspektivləri müzakirə edilib. Biz hər iki tərəf arasında əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirdik. Amerika tərəfi Ermənistanda həyata keçirilən müdafiə islahatlarını bundan sonra da dəstəkləməyə hazır olduğunu bildirib.
Biz regional təhlükəsizliklə bağlı məsələləri də müzakirə etdik.
Görüşün sonunda səfir Kvinn və mən “Ermənistan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahların yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” sazişin qüvvədə olma müddətinin uzadılması haqqında saziş imzaladıq”- Suren Papikyanın paylaşımında deyilir.