ER xarici işlər naziri Ararat Mirzoyan ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.
ER XİN-in məlumatına görə, həmsöhbətlər ikitərəfli münasibətlərin gündəliyi və siyasi dialoqla bağlı məsələləri müzakirə ediblər.
Ermənistan və Ukraynanın xarici işlər nazirləri regional məsələlərə də toxunublar. Ararat Mirzoyan Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq üçün səyləri vurğulayaraq, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının, o cümlədən sərhədlərin delimitasiyası prosesində ərazi bütövlüyü prinsipinə qeyd-şərtsiz hörmət edilməsinin, 1991-ci ildə Alma-Ata Bəyannaməsinə sadiqliyinin əhəmiyyətini və bu məsələdə beynəlxalq tərəfdaşların, o cümlədən Ukrayina XİN-in ifadə etdiyi mövqenin vacibliyini vurğulayıb.