Qazaxıstan Prezident Kasım-Jomart Tokayevin Almatıda Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi ilə bağlı bəyanat yayıb.
"Qazaxıstan tərəfinin təklifi ilə iki dövlət arasında sülh müqaviləsinin hazırlanması üzrə xarici işlər nazirləri arasında danışıqların aparılması haqqında Azərbaycan Respublikası və Ermənistan Respublikasının razılaşmasını alqışlayıram.
Bu mühüm hadisənin 1991-ci ilin dekabrında MDB ölkələrinin müstəqil inkişafının əsaslarını möhkəmləndirən və dövlətlərarası sərhədlərin müəyyən edilməsi prinsiplərini təsdiq edən tarixi Alma-Ata Bəyannaməsinin imzalandığı Almatıda baş tutması rəmzidir.
Mən ondan çıxış edirəm ki, qarşıdakı görüş Azərbaycan-Ermənistan sazişlərinin praktiki icrasına xidmət edəcək və Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhün tezliklə bərqərar olmasına töhfə verəcək", - deyə qeyd olunub.