Bu gün Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə edir.
Bu qanun “xarici güclərin maraqlarını həyata keçirən təşkilatlar” reyestrinin yaradılmasını nəzərdə tutur. Hakimiyyət Gürcüstanın strateji tərəfdaşı olan ABŞ və Aİ-dən qrant alan QHT və KİV-lərə qarşı tələblər irəli sürür.
Etirazlarla əlaqədar parlamentdə yenidən xüsusi təhlükəsizlik rejimi fəaliyyət göstərir. Kütləvi informasiya vasitələrindən yalnız telekanalların çəkiliş qruplarına icazə veriləcək.
Yeri gəlmişkən, Gürcüstan parlamentində plenar iclas başlamamış deputatlar arasında dava düşüb.