Aprelin 30-da ER müdafiə naziri Suren Papikyan Fransa Senatının xarici əlaqələr, müdafiə, silahlı qüvvələr və Avropa məsələləri üzrə komissiyalarının üzvü Ronan Le Qloyonu qəbul edib.
Görüşdə Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini də iştirak edib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı müdafiə sahəsində Ermənistan-Fransa ikitərəfli əməkdaşlığı, eləcə də Avropa İttifaqı ilə əməkdaşlıq məsələləri müzakirə edilib.
Həmçinin regional təhlükəsizlik və ER silahlı qüvvələrində genişmiqyaslı islahatlarla bağlı bir sıra məsələlər müzakirə olunub.