ABŞ Dövlət Departamenti Bakıda Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədlinin saxlanılmasına münasibət bildirib.
"Biz Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin həbslərinin davam etməsindən, xüsusən Anar Məmmədlinin həbsindən çox narahatıq. Biz Azərbaycan hökumətini ədalətsiz olaraq saxlanılan hər kəsi dərhal azad etməyə çağırırıq.
Biz Azərbaycan hökumətini insan hüquqlarına və əsas azadlıqlarına, xüsusən ifadə azadlığından istifadə edənlərin hüquq və azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik",- deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.