Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Frank Şvabe Azərbaycanda hüquq müdafiəçisi Anar Məmmədlinin həbsinə toxunub.
“Azərbaycanın qeyri-legitim prezidenti Əliyevin yanındakı cinayətkar qrup Avropa Şurasının insan haqları üzrə Vatslav Havel mükafatı laureatı Anar Məmmədlini həbs etməyə cəsarət edib. Azərbaycanın Parlament Assambleyasına geriyə yolu yoxdur. Nə indi, nə də yanvarda”, - Şvabe X səhifəsində qeyd edib.