“Qardman, Şirvan, Naxicevan” Ümumerməni Birliyinin Marağa qətliamının 32-ci ildönümünə həsr olunmuş məktubu BMT-nin rəsmi sənədi kimi yayılıb.
Məktubda Azərbaycan hakimiyyətinin ermənilərə qarşı bütöv bir soyqırım zəncirinin, qırğınların və məcburi köçkünlərin yaranmasına səbəb olan ayrı-seçkilik siyasəti təqdim olunur.
“Biz Birləşmiş Millətlər Təşkilatının Baş katibini və beynəlxalq ictimaiyyəti tarixi Qardman, Şirvan, Naxicevan, eləcə də Dağlıq Qarabağ ermənilərinin pozulmuş ayrılmaz hüquqlarının hərtərəfli, radikal və təminatlı bərpası və müdafiəsi üçün bütün tədbirləri həyata keçirməyə çağırırıq”, - məktubda bildirilir.