Qazaxıstan hakimiyyəti Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Almatıda görüşünün təşkili zamanı danışıqlarda vasitəçi rolunda çıxış etməyəcək. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiarov brifinqdə məlumat verib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana və Ermənistana son səfərləri zamanı bu ölkələr arasında möhkəm, uzunmüddətli sülhün bərqərar olmasının vacibliyini qeyd edib. Tokayev Qazaxıstanın Bakı ilə Yerevan arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu da açıqlayıb.