Aprelin 29-da ER xarici işlər naziri Ararat Mirzoyan rəsmi səfəri çərçivəsində Qətər Dövlətinin Məşvərət Şurasının sədri Həsən bin Abdullah Əl-Qanim ilə görüşüb.
Bu barədə ER XİN məlumat yayıb.
Hər iki tərəf Ermənistan və Qətər arasında inkişaf edən siyasi dialoqun əhəmiyyətini vurğuladılar.
"Bizim ikitərəfli münasibətlərimiz inkişaf üçün böyük potensiala malikdir və bu yolda parlament əlaqələrinin də öz rolu var", - ER XİN rəhbəri Ararat Mirzoyan deyib. Nazir əlavə edib ki, artıq hər iki parlamentdə dostluq qrupları yaradılıb.
Həmsöhbətlər müasir geosiyasi proseslər şəraitində mövcud çağırışlara da toxunublar.
Nazir Mirzoyan Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə yönəlmiş səylərə toxunaraq, qonşularla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları təqdim edib.
Regional mövzulardan danışan Mirzoyan ER hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” proqramını da təqdim edib.