ABŞ Qazaxıstandan Sovet dövründən qalma 81 döyüş təyyarəsi alıb.
Bu barədə “Kyiv Post” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, aviasiya parkını yeniləyən Qazaxıstan hərracda Sovet dövründən qalma 117 qırıcı və bombardmançı, o cümlədən 1970-ci illərə aid MiQ-31 qırıcıları, MiQ-27 qırıcı-bombardmançıları, 1980-ci illərə aid MiQ-29 qırıcıları və Su-24 bombardmançıları satıb.
Elan edilmiş satış qiyməti bir milyard Qazaxıstan təngəsi və ya 2,26 milyon dollar olub: “Birləşmiş Ştatlar 81 köhnəlmiş döyüş təyyarəsi alıb... ABŞ-ın onları almasının səbəbi açıqlanmır, lakin biz onların Ukraynada potensial istifadə imkanlarının olduğunu qeyd edə bilərik. Alış offşor şirkətlər vasitəsilə həyata keçirilib”.
Analitiklərin fikrincə, Ukraynanın sovet dövründən qalma silahlardan asılılığını nəzərə alsaq, təyyarələr ehtiyat hissələri mənbəyi kimi xidmət edə bilər və ya strateji baxımdan aerodromlarda diqqətyayındırıcı kimi yerləşdirilə bilər.