Fransanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Olivier Dekotinye Marsel şəhərinin arxiyepiskopu kardinal Jan-Mark Avelinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə səfir özünün X mikrobloqunda yazıb.
“Mən Marsel arxiyepiskopu Kardinal Avelini və onun rəhbərlik etdiyi nümayəndə heyətini səfirlikdə qəbul etmək şərəfinə nail oldum. Görüş zamanı Ermənistandakı vəziyyət, Ermənistan-Fransa münasibətləri və Marsel ilə erməni xalqının ayrılmaz əlaqəsi barədə fikir mübadiləsi aparılıb”, - səfir yazıb.