Belçika 2024-cü ilin sonuna qədər Ukraynaya F-16 qırıcı təyyarələri, hava hücumundan müdafiə sistemləri və raketləri tədarük edəcək.
Bu barədə Belçikanın baş naziri Aleksandr De Kroo və Krallığın müdafiə naziri Ludivin Dedonder Brüsseldə keçirdiyi mətbuat konfransında bildiriblər.
Onlar tədarük edilən təyyarələrin və hava hücumundan müdafiə sistemlərinin dəqiq sayını açıqlamayıblar:
"Biz F-16-larımızı mümkün qədər tez Ukraynaya təhvil vermək qərarına gəldik, transfer bu ilin sonundan əvvəl başlayacaq".
Öz növbəsində, müdafiə naziri Ludivin Dedonder tədarüklərin ölkəsinin öz müdafiəsinə zərbə vurmamaq üçün ABŞ-dən yeni F-35 təyyarələrinin alınması imkanları nəzərə alınmaqla həyata keçiriləcəyini açıqladı.