Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi.
Bu sözləri Ağdamda yerləşən Mərkəzin bağlanış mərasimində Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Kərim Vəliyev deyib.
"Türkiyə və Rusiya arasında imzalanmış 11 noyabr 2020-ci il memorandumuna əsasən yaradılmış Birgə Monitorinq Mərkəzi 3 ildən artıq müddət ərzində sülhün təmin olunmasına öz töhfəsini verdi. Mərkəz öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi", - deyə Qərargah rəisi qeyd edib.