Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb.
Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində mərasim keçirilib.
Mərasimdə Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev, Türkiyə və Rusiya səfirləri və digər şəxslər iştirak edirlər.