Almaniya Bundestaqının Avropa İttifaqı Komitəsinin sədri Toni Haurayter bəyan edib ki, bir sıra ölkələrin Avropa İttifaqına üzv olması həm də İttifaqın təhlükəsizlik siyasətinin maraqlarına uyğundur.
“Ukrayna, Balkan dövlətləri, Gürcüstan, Ermənistan və Moldovanın Avropa İttifaqına üzv olması təkcə həmin ölkələrdən deyil, həm də təhlükəsizlik siyasəti sahəsində öz maraqlarımızdan irəli gəlir”, - deputatın çıxışı "Bundestaqda Yaşıllar" X mikrobloqunda qeyd edilib.