Crux xəbər verir ki, Böyük Britaniyanın xristian liderləri Britaniya hökumətinə Erməni Soyqırımını tanımaq çağırışı ilə məktub göndəriblər.
Sənədin əsas müəllifi erməni yepiskopu Hovakim Manukyandır, lakin qrupun tərkibinə bir neçə pravoslav və ingilis yepiskopu, həmçinin Lordlar Palatasının katolik üzvü də daxildir. Kilsə rəhbərləri baş nazir Rişi Sunak-a ünvanladıqları məktubda belə rəsmi tanınmanın yalnız simvolik deyil, həm də vəhşiliklərə qarşı açıq bəyanat, həmçinin gələcək soyqırımların qarşısının alınması üçün atılan addım olduğunu bildiriblər.
“Birləşmiş Krallıq dünya səhnəsində insan hüquqlarının və ədalətin qorunmasında həmişə ön sırada olub. Keçmiş baş nazirlər Devid Lloyd Corc və Uinston Çörçil kimi tarixi şəxsiyyətlər 1915-1923-cü illər arasında ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi barədə açıq danışaraq, onları müvafiq olaraq “1915-ci il Holokostu” və “ermənilərin Kiçik Asiyadan qovulması” adlandırıblar”,- məktubda deyilir.
Kilsə üzvləri xatırladıblar ki, Birləşmiş Krallığın əsas müttəfiqləri, məsələn, ABŞ və bir sıra Avropa ölkələri Erməni Soyqırımını rəsmən tanıyıb.
Məktubda Dağlıq Qarabağda baş verən hadisələrə də toxunulur və bu hadisələr etnik təmizləmə adlandırılır. Din xadimləri Dağlıq Qarabağın 9 aylıq mühasirəyə alınmasının Azərbaycanın soyqırım siyasətinin başlanğıcı olduğunu da qeyd ediblər.