Aprelin 25-də ER-in Hindistandakı səfiri Vahagn Afyan Hindistanın xarici işlər nazirinin Qərblə əlaqələr üzrə katibinin yeni təyin olunmuş müavini Pavan Kapur ilə görüşüb. Bu barədə Ermənistanın Hindistandakı səfirliyi məlumat yayıb.
Görüşdə ER-in bir sıra nümayəndə heyətlərinin Hindistana son səfərləri zamanı müzakirə olunan mövzular və əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb, ikitərəfli yüksək səviyyəli qarşılıqlı səfərlərin, eləcə də çoxtərəfli formatda gələcək mümkün görüşlərin təşkilinin vacibliyini vurğulanıb.
Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün bərqərar olmasının vacibliyinə toxunan səfir Vahagn Afyan həmsöhbətə 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə yönəlmiş ER hökuməti tərəfindən hazırlanmış “Sülhün kəsişməsi” konsepsiyasının imkanlarını təqdim edib.