Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılması ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar paketi aktual olaraq qalır.
"Tərəflərdən heç biri 9 noyabr 2020-ci il tarixli razılaşmadan imtina etməyib", - Zaxarova bildirib.
O, Dağlıq Qarabağdakı erməni mədəniyyət abidələrinin Azərbaycan tərəfindən dağıdılması ilə bağlı sualı da cavablandırıb.
“Ermənistan və Azərbaycan arasında mədəni-tarixi abidələrin və dini yerlərin dağıdılması ilə bağlı mütəmadi olaraq qarşılıqlı ittihamları nəzərə alaraq, biz Bakı və Yerevanı bu məsələni ikitərəfli danışıqların mövzusuna çevirməyə çağırırıq. Biz öz tərəfimizdən bu məsələ ilə bağlı istənilən yardımı göstərməyə hazırıq”, - deyə Zaxarova bildirib.