Avropa Parlamenti Azərbaycan, Qambiya və Honq Konqda insan haqları ilə bağlı üç qətnamə qəbul edib. Azərbaycanla bağlı qətnamə lehinə 474, əleyhinə 4, bitərəf 51 səs nisbəti ilə qəbul edilib.
Avropa Parlamentinin deputatları Bakını siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırıblar. Qeyd olunur ki, Azərbaycanda insan hüquqlarının davamlı şəkildə pozulması BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının konfransının keçirilməsinin fəaliyyəti ilə bir araya sığmır.
Avropa Komissiyasına Azərbaycanla enerji sahəsində əməkdaşlığı dayandırmağa və bu ölkə ilə gələcək əməkdaşlığı siyasi məhbusların azad edilməsi və insan haqlarının ümumi vəziyyətinin yaxşılaşdırılmasına şərt qoymağa çağırılıb. Məşvərət xarakterli qətnamədə insan hüquqlarının pozulmasına yol vermiş Azərbaycan məmurlarına qarşı sanksiyaların tətbiqi tələb olunur.