ER Xarici İşlər Nazirliyi Erməni Soyqırımının 109-cu ildönümü ilə bağlı bəyanat yayıb.
“Aprelin 24-də 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasında törədilmiş Erməni Soyqırımı qurbanlarının xatirəsini yad edirik.
1915-ci ildən başlayaraq Gənc türklər hökumətinin insanlığa qarşı törətdiyi cinayətlər nəticəsində 1,5 milyona yaxın erməni, o cümlədən uşaqlar, qadınlar və qocalar yalnız milli mənsubiyyətinə görə, erməni olduqlarına görə öldürüldülər. Milyonlarla erməni öz əmlakından, tarixi, mədəni və mənəvi maddi dəyərlərindən məhrum edilib.
Ermənilərə qarşı törədilən bu cinayət sonralar “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” beynəlxalq konvensiyanın müəyyən edilməsi üçün əsas oldu. Təəssüf ki, göstərilən səylərə baxmayaraq, soyqırımı təhlükəsi dünyada hələ də davam edir.
Artıq 21-ci əsrdə, 2020-2023-cü illərdə biz növbəti etnik təmizləmə siyasətinin və onun nəticələrinin şahidi olduq. Müharibə, ksenofobiya, kimliyə əsaslanan cinayətlər, mühasirə və əhaliyə qarşı ardıcıl hədə-qorxu aktları nəticəsində 150 mindən çox erməni məcburi köçkün olub və öz tarixi vətənlərini tərk etməyə məcbur olub.
Müasir dünyada soyqırım risklərini və qeydə alınmış halları, habelə insan hüquqlarının və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasına dair bir çox digər nümunələri nəzərə alaraq, Ermənistan soyqırımı, yeni soyqırımların və bəşəriyyətə qarşı cinayətlərin qarşısını almaq və qurbanların hüquqlarını qorumaq məqsədilə beynəlxalq platformalarda fəal iştirakını davam etdirir”.