Misir Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayıb.
Rəsmi bəyanatda Misir Xarici İşlər Nazirliyi bu razılaşmanın müsbət irəliləyiş olduğunu bəyan edib.
Nazirlik bu mühüm addımı yüksək qiymətləndirərək, hər iki tərəfi sülh sazişinin əldə edilməsi üçün etimadı artıran yeni addımlar atmağa çağırıb.