Aprelin 23-də ER müdafiə naziri Suren Papikyan Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Gilbert-Luk Dıvinazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini də iştirak edib.
Görüş zamanı Ermənistan-Fransa münasibətləri, xüsusilə müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Həmçinin regional təhlükəsizlik və ER silahlı qüvvələrində genişmiqyaslı islahatlarla bağlı bir sıra məsələlər müzakirə edilib.