Ermənistan ilə Azərbaycan arasında əldə edilmiş son razılaşmanı təqdir edirik.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşması ilə bağlı bildirib.
“Biz Ermənistan ilə Azərbaycan arasında bağlanmış sazişlərə hörmət edirik. İki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət çərçivəsində sülh vasitəsi ilə sərhəd məsələlərini həll etmək üçün səylərinin davam etdirilməsi Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması naminə zəruridir”, - XİN rəsmisi qeyd edib.