Aprelin 23-də ER Parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti İspaniyaya işgüzar səfəri çərçivəsində İtaliya Respublikasının Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşmüşdür. Bu barədə Parlamentdən məlumat yayılıb.
Həmsöhbətlər Ermənistan və İtaliya arasında qurulmuş əlaqələri yüksək qiymətləndirərək, iki ölkəni ümumi mədəni, mənəvi və demokratik dəyərlərin birləşdirdiyini qeyd ediblər.
Ermənistan və İtaliya arasında parlamentlərarası qarşılıqlı fəaliyyətin genişləndirilməsi imkanları, Ermənistan-Aİ münasibətlərinin yaxınlaşması perspektivləri, Cənubi Qafqaz və Şərqi Avropada mövcud təhlükəsizlik vəziyyəti müzakirə edilib.
Parlamentin sədri “Sülhün kəsişməsi” layihəsini ER hökumətinin italiyalı həmkarına təqdim etmiş, layihənin həyata keçirilməsində və regionda davamlı sülhün bərqərar olunmasında İtaliyanın dəstəyinin vacibliyini vurğulamışdır.
"Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olunmasında etibarlı şəkildə İtaliyanın dəstəyinə arxalana bilər", - İtaliya Deputatlar Palatasının sədri bildirib.
Görüşün sonunda tərəflər Ermənistan Respublikasının Parlamnti ilə İtaliya Respublikasının Deputatlar Palatası arasında əməkdaşlıq haqqında protokol imzalayıblar.