Bakı Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstanda görüşünə razılıq verib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev xarici beyin mərkəzlərinin nümayəndələri ilə görüşündə bildirib.
“Qazaxıstan bizə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təklifi ilə müraciət edib. Biz buna razılıq veririk və razılaşdıq ki, Ermənistan da razılaşarsa, görüş Qazaxıstanda keçiriləcək”, - Əliyev bildirib.
O, həmçinin bəyan edib ki, Azərbaycanın Aİİ-yə daxil olmaq planları yoxdur.
“Belə planlarımız yoxdur, amma deyə bilmərik ki, bu, gələcəkdə müzakirə mövzusuna çevrilə bilməz. Hər şey üzvlükdən hansı əlavə iqtisadi fayda əldə edəcəyimizdən asılı olacaq”, - deyən Əliyev Azərbaycanın özünü təmin edən iqtisadiyyata malik olduğunu bildirib.