Aprelin 16-da Vaşinqtondakı Con Hopkins Universitetinin Beynəlxalq Münasibətlər Məktəbinin Avropa və Avrasiya qrupunun tələbələri ER-in ABŞ-dakı səfiri Lilit Makunts ilə görüşüblər.
Bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Görüş zamanı səfir tələbələrə ER-in ABŞ-dakı səfirliyinin fəaliyyətini, ER-ABŞ ikitərəfli münasibətlərinin əsas istiqamətlərini və inkişaf tendensiyalarını təqdim edib, regional məsələlərə toxunub, ER ətrafındakı təhlükəsizlik vəziyyətindən danışıb.
Görüşün sonunda səfir tələbələrin suallarını cavablandırıb.