"2024-cü il aprelin 23-də Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Bu barədə Hökumətin mətbuat xidmətindən bildirilib.
ER baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində yazıb ki, ilk sərhəd dirəyi Tavuş-Qazax hissəsində quraşdırılıb.
Xəbər verildiyi kimi, bu gün Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 8-ci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, iki ölkənin ekspert qrupları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.