Fransa səfiri Oliviye Dekotinyi və Fransa Senatının nümayəndə heyəti Aİ-nin Ermənistandakı missiyasının işi ilə daha yaxından tanış olmaq üçün Qoris bölgəsində patrul turuna qatılıb. Bu barədə Aİ-nin Ermənistandakı missiyası məlumat yayıb.
"Biz regiondakı siyasi vəziyyətlə bağlı yaxşı və məhsuldar müzakirə apardıq", - deyə məlumatda qeyd edilib.