Dünənki açıqlamaya gəlincə, əvvəlcə baş verənlərin siyasi əhəmiyyətini qiymətləndirmək istərdim. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Stepanavanda jurnalistlərlə söhbətində deyib.
Bu barədə baş nazirin Facebook səhifəsindən öyrənirik.
“Mən istəməzdim ki, baş verənləri həddindən çox qiymətləndirək, amma onu qiymətləndirməməyimizi də istəməzdim, çünki qeyd etmək çox vacibdir ki, əslində ilk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni masa arxasında həll ediblər”,- deyə Paşinyan qeyd edib.