ABŞ-nin Dövlət katibi Entoni Blinken X platformasında bildirib:
“Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədlərin delimitasiyası üçün 1991-ci il Alma-Ata bəyannaməsini əsas tutaraq razılaşdıqlarını açıqlamalarını alqışlayırıq. Bu, dayanıqlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır”.