BMT baş katibinin mətbuat katibi Stefan Dujarik Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası məsələsi ilə bağlı açıqlama verib.
“Baş katib Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını diqqətlə izləyir. O, aprelin 19-da Ermənistan və Azərbaycanın müvafiq komissiyalarının sərhədin delimitasiyasına dair əldə etdiyi razılaşmanı alqışlayır. BMT-nin baş katibi tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətləri tam şəkildə tənzimləmək üçün bütün mövcud ikitərəfli məsələləri həll etməyə çağırır”, - deyə məlumatda bildirilir.