İsrail İrana raket zərbələri endirib. Bu barədə “Fars” agentliyi məlumat yayıb.
Bildirilib ki, bundan sonra ölkənin bir neçə şəhərinin üzərində mülki aviasiyanın uçuşları dayandırılıb.
CNN yüksək rütbəli ABŞ rəsmisinə istinadən bildirib ki, İsrail ABŞ-yə İranın nüvə obyektlərini hədəf almadığını bildirib.
CNN həmçinin ABŞ rəsmisinə istinadən bildirib ki, İranda baş verən partlayışlar həftə sonu İranın hücumlarına İsrailin cavabıdır.
Rəsmi əlavə edib ki, İsrailin zərbələri “məhdud” xarakter daşıyır və mülki və nüvə obyektlərini yox, İranın hərbi obyektlərini hədəf alıb.