Moskva Rusiya və Ermənistanı müttəfiq hesab edir. Bu barədə Sergey Lavrov bəyan edib. Rusiya xarici işlər nazirinin sözlərinə görə, Ermənistanda hökumət başçısı da daxil olmaqla, Ermənistanın təhlükəsizliyi və iqtisadi inkişafında Rusiyanın rolunu başa düşən insanlar var.
Rusiyalı diplomat ER baş naziri Nikol Paşinyanın bu yaxınlarda verdiyi bəyanatı xatırladıb ki, “Ermənistan-Rusiya dövlətlərarası münasibətləri ən yaxşı dövrlərini yaşamasa da, onların dövlətçiliyimiz, suverenliyimiz, təhlükəsizliyimiz və iqtisadiyyatımız üçün əhəmiyyətini həddindən artıq qiymətləndirmək çətindir”.
"Bunlar çox vacib sözlərdir", - Sergey Lavrov əlavə edib.
Eyni zamanda o, Yerevan-Moskva münasibətlərinə təsir etməkdə Qərbi ittiham edib.