Aprelin 24-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti müzakirə edəcək.
Parlamentarilər "Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı son repressiyalar: Doktor Qubad İbadoğlu və İlhamiz Quliyevin işləri" adlı qətnamə layihəsinə baxacaqlar. Turan agentliyinə əsasən, bu barədə İbadoğlunun qardaşı Qalib Bayramov bildirib.
Sənəddə "Abzas Media" və "Toplum" TV jurnalistlərinin işləri də əhatə olunub. Qətnamə aprelin 25-də səsverməyə çıxarılacaq.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında Avropa Parlamenti İbadoğlunun işi üzrə qətnamə qəbul edərək onun azadlığa buraxılmasını tələb edib.
Qeyd edək ki, fəal İlhamiz Quliyev narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. O, rəsmi polis əməkdaşı olmadığı halda polisin narkotik maddələrlə bağlı cinayət işlərini necə saxtalaşdırdığı barədə "Abzas Media"ya danışdıqdan sonra həbs edilib.