ABŞ Dövlət Departamenti Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşündən sonra Azərbaycan mətbuatında yayılan sənədin fotosu ilə bağlı Azərbaycanın dövlət informasiya agentliyinin sorğusuna cavab verib.
Xarici İşlər Nazirliyi bunun dezinformasiya olduğunu, görüşün gündəliyində heç bir təhlükəsizlik məsələsinin olmadığını vurğulayıb və aprelin 5-də Brüsseldə keçirilən üçtərəfli görüşün yekununda qəbul edilmiş press-relizə diqqət çəkib.
"Avropa İttifaqı və Ermənistan ilə birlikdə keçirilmiş Brüssel görüşündə diqqət yalnız ticarət tərəfdaşlıqlarını şaxələndirməyə və humanitar ehtiyaclarını həll etməyə çalışan Ermənistanın iqtisadi dayanıqlılığına, o cümlədən Ermənistanda demokratiya və qanunun aliliyi kimi sahələrdə davam edən islahatları dəstəkləməyə yönəlib", - ABŞ Dövlət Departamentinin cavabında qeyd edilib.
Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan da Brüssel görüşünün məxfi gündəliyə malik olması ilə bağlı xəbərləri təkzib edib.
Azərbaycan KİV-i aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündə guya Ermənistana geniş hərbi dəstəyin göstərilməsi məsələlərinin əksini tapdığı “sənədin fotosunu” dərc etmişdi.